05 Noyabr 2024 12:54
122
SİYASƏT

ABŞ konqresinin 60, Avropa Parlamentinin 52 üzvü canilərı müdafiəyə qalxdı - Baykot?

“Avropa Parlamentinin 52 üzvü digər məsələlərlə yanaşı, erməni məhbusların azad edilməsini tələb edir.

Adalet.az xəbər verir ki, bu fikri erməni diaspor cəmiyyətinin üzvləri yayıb.
Beləki, erməni mediası yazır ki, bu yaxınlarda erməni terror təşkilatlarının idarəedici mərkəzi olan “Armenian Dat”-ın Avropa ofisi Avropa Parlamentinin deputatları arasında COP 29-dan əvvəl onların Azərbaycanda insan hüquqları və ətraf mühit məsələləri ilə bağlı məlumatlılığının artırılmasına yönəlmiş geniş tədbirlər həyata keçirmişdir:” Görülən işlərin nəticəsi olaraq, Avropa Parlamentinin 52 üzvü Azərbaycanı erməni hərbi əsirləri dərhal azad etməyə, Artsaxın mədəni irsinin qorunmasına zəmanət verməyə və Azərbaycan ordusunu işğal olunmuş ərazilərindən çıxarmağa çağıran bəyanat imzalayıb. Bəyanatı imzalayan deputatlar Avropa Parlamentinin əsas siyasi qruplarını təmsil edir, müstəqil deputatlar da var”.
Avropa Parlamentinin deputatlarının qəbul etdiyi bəyanatla bağlı “Hay Dat” erməni diaspor təşkilatının Avropa ofisinin prezidenti Qaspar Karapetyan qeyd edib:
“Avropa Parlamenti üzvlərinin bu müraciəti həm Azərbaycana, həm də Aİ rəhbərliyinə COP29 öncəsi aydın siqnaldır”.
Qeyd edək ki, erməni lobbisinin maliyyəsi ilə ermənidən çox erməni olan Avropa Parlamentinin 52 üzvündən əvvə ABŞ-nin 60-dək konqresmeni də belə əl-ayağa düşmüşdü. Onlar Dövlət katibi Entoni Blinkenə müraciət etdilər.

Konqresmenlər ABŞ-n  Bakıda keçiriləcək COP29 iqlim konfransı ərəfəsində insan haqlarının müdafiəsi və bütün siyasi məhbusların azad edilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevə təzyiq göstərməyə çağırdılar.
Bildirilir ki, 10-u senator, 48-i Nümayəndələr Palatası üzvü olmaqla qrup Blinkendən Azərbaycandakı bütün siyasi məhbusların azad edilməsi məqsədilə tədbirlər görməyi, həmçinin Ermənistana qarşı təxribat xarakterli bəyanatların verilməsinin dayandırılmasını istədilər.

P.S. Onsuz da karvanımız keçəcək!

Əntiqə Rəşid