ABŞ nüvə silahlarını modernləşdirməyi planlaşdırır
ABŞ bir sıra nüvə silahlarını modernləşdirməyi, həmçinin yenilərini istehsal etməyi planlaşdırır.
Bu barədə ABŞ-nin Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA) Konqresə təqdim etdiyi hesabatında deyilir.
Xüsusilə, nüvə başlıqları üçün 80 plutonium nüvəsinin istehsalı, dənizdən buraxılan “Tomahawk” qanadlı raketləri təchiz etmək üçün W80-4 döyüş başlığının modernləşdirilməsi, hazırlanmaqda olan “Sentinel” qitələrarası ballistik raketi üçün W87-1 nüvə başlığının yaradılması, perspektivli “Columbia” sinifli sualtı qayıqların ballistik raketlərinin W93 döyüş başlığının yaradılması, hazırkı Ohayo sinifli strateji sualtı qayıqlar üçün W88 döyüş başlıqlarının modernləşdirilməsi, həmçinin B61-12 bombalarının istehsalının davam etdirilməsi planlaşdırılır.
Hesabatda ABŞ Hərbi Hava Qüvvələrinin yeni B61-12 nüvə bombaları aldığı da bildirilir. Onlar indi B-2 Spirit strateji bombardmançıları ilə təchiz olunublar.
Hazırda beş Avropa ölkəsində və Türkiyədə altı əməliyyat bazasında yeraltı anbarlarda təxminən 100 ədəd B61 taktiki nüvə bombası saxlanılır.
Digər Xəbərlər
14 Noyabr 2026 10:01
Paşinyan dekabrda Rusiyaya 3 dəfə səfər etməyi planlaşdırır
14 Noyabr 2026 09:44
İşgəncə ilə öldürüb, parçalayaraq basdırıblar - Milyarderlə arvadının qətlinin şok təfərrüatı
14 Noyabr 2026 09:33
Si Cinpin və Putinlə üçtərəfli görüş keçirəcək
14 Noyabr 2026 01:07


Bakı -°C

