adalet.az header logo
  • Bakı -°C
14 Noyabr 2026 00:00
93
DÜNYA
A- A+

Urmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb

Urmiya gölü hövzəsinə yağan payız yağışlarından sonra gölün səth sahəsində artım müşahidə olunub.

Adalet.az ISNA-ya isatinadən xəbər verir ki, gölün sahəsi 1971 km²-dən 1995 km²-ə yüksəlib.

"Beləliklə, qısa müddət ərzində gölün səthi 24 km² genişlənib. Su səviyyəsi də 1270,59 metrdən 1270,60 metrə yüksəlib", - məlumatda bildirilib.

Qeyd edək ki, Yaxın Şərqin ən böyük duzlu göllərindən biri olan Urmiya son onilliklərdə ciddi su itkisinə məruz qalıb və quruma təhlükəsi ilə üzləşib.