Ermənistan və ABŞ TRIPP layihəsini müzakirə etdi
Ermənistan və ABŞ rəsmiləri iki ölkə arasında strateji tərəfdaşlığın inkişafını və TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Adalet.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ermənistan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının icrası üzrə işçi qrupunun videokonfrans formatında iclası keçirilib.
Görüşə Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vaan Kostanyan və ABŞ dövlət katibinin köməkçisinin müavini Piter Andreoli həmsədrlik ediblər.
Tərəflər birgə təşəbbüslərin icra vəziyyətini, TRIPP layihəsi ilə bağlı məsələləri, eləcə də ikitərəfli münasibətlərin gündəliyində duran digər aktual mövzuları nəzərdən keçiriblər.
Müzakirələr zamanı enerji, kritik əhəmiyyətli və nadir torpaq mineralları, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilib.
Digər Xəbərlər
14 Noyabr 2026 00:00
Urmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb
13 Noyabr 2026 23:51
ABŞ Ukrayna hərbçilərinin hazırlığını artırıb
13 Noyabr 2026 23:32
Sərxoş kişi polisin silahını götürüb qaçdı
13 Noyabr 2026 23:21
"Yanan planetdə sülh qura bilməzsiniz" - Quterreş belə vidalaşdı
13 Noyabr 2026 23:10
“TikTok”a görə 19 yaşlı oğlan canından oldu - Pələnglə video çəkmək istəyirdilər
13 Noyabr 2026 22:46
Türkiyə və Qətər müdafiə sazişi imzaladı
13 Noyabr 2026 20:02
“Mossad” rəhbəri İrana görə ABŞ-yə getdi
13 Noyabr 2026 13:55


Bakı -°C

