ABŞ onun da qaçırılmasını nəzərdən keçirir
ABŞ Kuba Prezidenti Migel Dias-Kanelin ələ keçirilərək ölkədən çıxarılması variantını da nəzərdən keçirir.
Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset jurnalistlərlə söhbətində deyib.
“Bütün variantlar masa üzərindədir”- ABŞ-nin müharibə naziri bildirib.
Bununla belə, o, yekun qərarın ABŞ Prezidenti Donald Tramp tərəfindən veriləcəyini əlavə edib.
Xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Əməliyyat nəticəsində Prezident Nikolas Maduro xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək Nyu-Yorka aparılıb. Sabiq Venesuela liderinə qarşı narkoterrorizm və narkotik ticarəti ittihamları irəli sürülüb.
Digər Xəbərlər
27 Iyul 2026 19:50
Tramp: İranla danışıqlar nəticə verməsə, ABŞ güclü zərbələri bərpa edəcək
27 Iyul 2026 19:24
Qəzzada HƏMAS-ın təhlükəsizlik xidmətinin rəhbəri öldürülüb
27 Iyul 2026 19:17
Aİ-yə qoşulmaq üçün referendum keçirəcəklər
27 Iyul 2026 19:05


Bakı -°C

