adalet.az header logo
  • Bakı -°C
27 Iyul 2026 19:24
77
DÜNYA
A- A+

Qəzzada HƏMAS-ın təhlükəsizlik xidmətinin rəhbəri öldürülüb

İsrail Müdafiə Ordusu və təhlükəsizlik xidməti Qəzzanın mərkəzi hissəsinə endirilən zərbələr zamanı HƏMAS-ın daxili təhlükəsizlik xidmətinin rəhbərini öldürüb.

Adalet.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, xidmət rəhbəri Vael Musa Xaled Ladavi Qəzza zolağındakı Deyr əl-Bələh bölgəsindəki düşərgələrdən birində gizlənirdi.

"Ladavinin rəhbərlik etdiyi qurum HƏMAS-ın yüksək vəzifəli üzvləri üçün kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olurdu ki, bu da qərarların qəbul edilməsinə, eləcə də İsrailə qarşı terror əməliyyatlarının planlaşdırılmasına və həyata keçirilməsinə kömək edirdi", - məlumatda qeyd olunub.