28 Iyun 2024 12:24
348
DÜNYA

ABŞ prezidentliyinə namizədlərin debatı başladı

 İlk debat qarşılıqlı təhqirlərlə yadda qaldı

 ABŞ-ın Corciya ştatında CNN telekanalının təşkilatçılığı ilə prezidentliyə namizədlər- Co Bayden və Donsld Tramp arasında ilk debat baş tutub. İlk dəfə olaraq debat tamaşaçıların iştirakı olmadan keçirilib.

  Birbaşa canlı yayımlanan debatda, namizədlər cəmisi iyirmi dəqiqə dözdüdülər və sonra qarşılıqlı ittihamlar və təhqirlər başladı. Belə ki, Co Bayden Trampı uşaq əmiziyi adlandırdı. Tramp isə ona, "özünü uşaq kimi aparma, bu sözlərə görə üzr istəmək lazımdır"- deyə cavab verdi. 

 Daha sonra Tramp, Ağ Evin hazırki sahibini cinayətkar adlandıraraq, prezident postundan gedəndəndən sonra məhkəmə qarşısına çıxarılacağını bildirdi. Eks prezident hazırda məhkəmisi gedən Baydenin oğlu Xanterin törətdiyi cinayət əməllərini xatırlatdı. 

 Co Bayden ənənəsinə sadiq qalaraq, arada Rusiyanın prezidenti Vladimir Putini də təhqir etdi və onu hərbi cinayətkar adlandırdı: "Putin hərbi cinayətkardı, Rusiya ordusu Ukraynanı işğal etmək istəyir, sonrakı qurban isə Belarusiya olacaq". Baydenin fikirincə, Rusiya prezidenti sovet imperiyasını bərpa etmək istəyir.

  Namizədlərin ABŞ prezidentliyinə qarşılıqlı təhqirlərlə başlayan ilk debatı, elə sonadək qarşılıqlı ittihamlar və təhqirlələ də, "axmaq, özünsən axmaq" prinsipi ilə sona yetdi.

  Nə deyə bilərik ki, demokratiyanın "beşiyi" sayılan ölkədir... Tamaşaçıların rəyinə görə, ilk debatı Donald Tramp qazandı.

  Rüstəm Hacıyev