adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Mart 2024 19:49
543
DÜNYA

"ABŞ terrorla bağlı Rusiyanı qabaqcadan məlumatlandırıb" - Kirbi

Rəsmi Vaşinqton ABŞ-nin "Crocus City Hall"da terror aktı təhlükəsi barədə qabaqcadan Rusiyanı məlumatlandırıb.

Adalet.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Martın 22-də baş verən hücumdan əvvəl ABŞ Rusiya hakimiyyətinə terror təhlükəsi ilə bağlı aydın və ətraflı məlumat verib”, - deyə Kirbi qeyd edib. 

Bundan əvvəl Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov ABŞ-nin Rusiyaya terror aktları ehtimalı ilə bağlı ümumi məlumat ötürdüyünü bildirərək, Rusiya tərəfinin bunu nəzərə aldığını qeyd edib.