21 Noyabr 2023 16:36
541
GÜNDƏM

ABŞ və AB Azərbaycan kimi bir tərəfdaşı itirməyə razıdır: "Təki  Ermənistan KTMT- dən  çıxsın"

Xəbər verdiyimiz kimi, noyabrın 20-də KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü olub. Tasmaqambetov görüşdə deyib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) tərəfdaşlarından ona yardım haqqında sənədi gündəmdən çıxarmağı xahiş edib.


Bir sözlə, erməni politoloq Benyamin Matevosyan dediyi kimi, Ermənistan KTMT-nin işində və əsas tədbirlərində iştirakdan imtina etməklə de-fakto təşkilatı tərk edib.
Hətta məlumatlarda deyilir ki, Ermənistan Rusiyanın səbr kasasını dolduracaq addımı atmağa da söz verib. Beləki, Paşinyan ABŞ-ın köməyi ilə Ukraynaya “Toçka-U” raket sistemlərini verməyə razılaşdığı deyilirdi. Baxmayaraq ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan məlumatı təkzib edib . Amma  KTMT-dən çıxmağa hazırlaşan Ermənistan haqda belə bir xəbərin yayılması onu göstərir ki, Ukraynaya silah göndərmə prosesi Ermənistanın KTMT-dən rəsmən çıxmasından dərhal sonra baş verəcək ilk addım olacaq.


Əslində erməni politoloqun fikirlərində bir həqiqət var. O bildirir ki, KTMT-nin vacib atrubitlarından biri təlimlərdir:"Ermənistan bunlarda iştirak etmir və öz ərazisində manevrlər həyata keçirmir. O, KTMT-nin iclaslarında iştirak etmir, baş katibin müavini kvotasından imtina edib və daimi nümayəndəni geri çağırıb. Beləliklə, bir sıra əsas elementlərə görə Ermənistan Təşkilatdakı fəaliyyətini dayandırıb".

Əslində dünyaya  aydındır ki,  Rusiya NATO-nun genişlənməsinə kəskin reaksiya verir. Bunun  Gürcüstan və Ukrayna variantları hamıya bəllidir.  Odur ki,  Qərb regiona   AB adı ilə giri və AB Ermənistanın təhlükəsizliyinin yeni qarantı rolunu öz üzərinə götürür. Elə məhz bu səbəbdəndir ki, Fransa Ermənistan  silah və ordu, ABŞ xüsusi dəyinatlı 85 hərbçi göndərərək Ermənistanı KTMT-dən ayrılmağa şirnikləndirir.  

Başqa bir erməni ekspert Avetis Babacanyan da Ermənistanla KTMT arasındakı münasibətləri uzun müddət bir yerdə yaşamayan, bir-birini müxtəlif məsələlərdə ittiham edən, söyən ər-arvadın davranışlarına bənzədiyini söyləyib: Paşinyanın KTMT sammitində iştirak etməməsi və son bir ildə KTMT-nin bütün tədbirlərini boykot etməsi faktiki olaraq o deməkdir ki, o, Rusiya tərəfindən verilən təhlükəsizlik zəmanətlərini sabit və etibarlı hesab etməyərək, ondan imtina edir".


Yəqin ki, Ermənistanın israrla KTMT-dən ayrılmasını AB çətiri altına sığınmasını regionda növbəti bir müharibənin başlayacağını anlayan ermənilər də var  və onlar bilirlər ki, Rusiya onu saymaq istəməyənlərə qarşı çox da təmkin , səbr göstərmək iqtidarında olan bir ölkə deyil...

Bir sözlə, hazırda ABŞ, AB ölkələri və Qərb Ermənistanı KTMT-dən çıxmağa həvəsləndirmək üçün əllərində olan bütün variantlardan istifadə etməyə hazırdılar. Hətta Azərbaycan kimi güclü bir tərəfdaşı da gözardı etməyi gözə alıblar. Demək, Ermənistanın məhv olma planı çox da uzaqda deyil.

 Əntiqə Rəşid