ABŞ və İranı diplomatiyaya üstünlük verməyə çağırırıq - XİN-dən BƏYANAT

Amerika Birləşmiş Ştatlarının İran İslam Respublikasındakı nüvə obyektlərini hədəfə alan hərbi əməliyyatlarından sonra vəziyyətin daha da gərginləşməsindən dərin narahatlığımızı ifadə edirik.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin ABŞ-ın İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanatında bildirilib.
"Bütün tərəfləri təmkinli olmağa, vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə, mövcud problemlərin həlli üçün dialoq və diplomatiyaya üstünlük verməyə çağırırıq", - deyə bəyanatda bildirilib.
Digər Xəbərlər

ABŞ-nin Azərbaycandakı yeni müvəqqəti işlər vəkili Şəhidlər xiyabanını ziyarət edib

Sahibə Qafarova 6-cı Dünya Konfransında ümumi müzakirələrə sədrlik edib

İlham Əliyev Mərakeş Kralını təbrik etdi
