ABŞ və Qətər müdafiə və aviasiya sahələrində saziş imzalayıb

ABŞ lideri Donald Tramp və Qətər əmiri şeyx Təmim bin Həməd Əl-Tani Dohada ikitərəfli əməkdaşlıq haqqında birgə bəyannamə imzalayıblar.
Adalet.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Həmçinin ABŞ və Qətər arasında müdafiə və aviasiya sahələrində saziş imzalanıb. Sənədə əsasən, Qətər “Qatar Airways” aviaşirkəti üçün ABŞ-nin təyyarə istehsalçısı “Boeing”dən təyyarələr alacaq. D.Trampın sözlərinə görə, 160 təyyarənin alınmasını nəzərdə tutan sövdələşmənin məbləği 200 milyard dollar təşkil edib.
Əl-Tani qeyd edib ki, D.Trampla görüşü zamanı regional vəziyyət də daxil olmaqla məsələlərin geniş spektri müzakirə olunub. O, bu gündən etibarən iki ölkə arasında münasibətlərin yeni səviyyəyə yüksəldiyini vurğulayıb.
Digər Xəbərlər

Pezeşkian: Təxribatlar davam edərsə, daha sarsıdıcı cavablar veriləcək

İran mülki şəxslərin qətlinə görə çox ağır hesab ödəyəcək - Netanyahu

Türkiyə gəmilərin boğazlardan keçməsinə görə ödənişləri ARTIRACAQ

Baş komandan: “İran ordusunun İsrailə qarşı sərt və sarsıdıcı cavab olacaq”

Ərdoğan: Nüvə mübahisəsinin həllinin yeganə yolu danışıqlardır

Ankara İrandan Türkiyəyə köçün başlanması xəbərini təkzib edib

İsrail Səhiyyə Nazirliyi: İranın zərbələrindən 15 nəfər ölüb, 385 şəxs yaralanıb
