Abşeronda əməliyyat keçirilib - Saxlanılanlar var
Abşeron Rayon Polis İdarəsinin və ərazi üzrə Saray, Mehdiabad və Qobu Polis bölmələrinin əməkdaşları tərəfindən hüquqpozmalara qarşı əməliyyat və profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 7 fakt aşkarlanıb.
Mülkiyyət əleyhinə və digər səbəblərdən axtarışda olan 36 nəfər saxlanılıb, “isti izlərlə” 37 cinayətin üstü açılıb. Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 136, xırda xuliqanlıq və kibertalamalarla əlaqədar 43 fakt aşkarlanıb. Həmçinin Abşeron rayonunda aparılan profilaktik tədbirlərlə vətəndaşlarda olan odlu silah-sursatlar könüllü polisə təhvil verilib
Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı spirtli içki və narkotikin təsiri altında avtomobil idarə edən 2, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən 18, dayanma-durma qaydalarını pozan sürücülər barəsində inzibati tənbeh tədbirləri görülüb.
Abşeron rayonunda qeyd edilən istiqamətdə tədbirlər davam etdirilir.
Digər Xəbərlər
26 Sentyabr 2026 11:03
Polis ötən gün 57 nəfəri saxlayıb
26 Sentyabr 2026 09:53
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - VİDEO
24 Sentyabr 2026 15:52
Qusarda meşədə qətlə yetirilən qadınla bağlı saxlanılan var
24 Sentyabr 2026 11:55
Bakıda 51 min manatlıq oğurluq
24 Sentyabr 2026 11:31
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
23 Sentyabr 2026 13:25
Bərdədə “Kalaşnikov” avtomatı və 29 patron aşkarlandı
22 Sentyabr 2026 16:05
Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar
22 Sentyabr 2026 11:45


Bakı -°C

