adalet.az header logo
  • Bakı -°C
24 Sentyabr 2026 11:55
72
KRİMİNAL
A- A+

Bakıda 51 min manatlıq oğurluq

Paytaxtın Nizami rayonunda şirkətlərə məxsus anbarların birindən kombi aparatları oğurlanıb.

Adalet.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 4 nəfər- R.Tərlanlı, K.Əsgərov, A.Abışov və N.Əhmədov saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, onlar dəyəri 51000 manat olan 48 ədəd kombi aparatını talayıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.