“ACWA Power” şirkətinin təsisçisi İlham Əliyevə məktub göndərdi
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Məhəmməd Əbunəyyan Prezident İlham Əliyevə məktub ünvanlayıb.
Adalet.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri,
2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında tarixi Birgə Bəyannamənin imzalanması münasibətilə “ACWA Power” şirkəti adından Sizə və məğrur Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.
Sizin uzaqgörən rəhbərliyinizlə Azərbaycan 44 günlük Vətən müharibəsində suverenliyini və ərazi bütövlüyünü bərpa edərək qətiyyətli qələbə qazandı. Bu gün Siz həmin hərbi uğuru regionun gələcəyini formalaşdıracaq, ədalətli və davamlı sülhü təmin edən diplomatik zəfərə çevirdiniz.
Bu nailiyyət Sizin ölkənizin sabitliyinə və firavanlığına qəti sadiqliyinizlə yanaşı, həm də çağırışları davamlı tərəqqi üçün imkanlara çevirərək uzaqgörənliklə və əzmkarlıqla rəhbərlik etmək bacarığınızı göstərir.
Biz “ACWA Power” şirkəti olaraq Azərbaycanın tarixində bu mühüm məqamın şahidi olmaqdan şərəf duyuruq və sülhün, əməkdaşlığın bu yeni dövründə ölkənin dayanıqlı inkişafını dəstəkləməyə sadiq qalırıq.
Sizi bir daha səmimi-qəlbdən təbrik edir, Azərbaycanın daha parlaq gələcəyi ilə bağlı fəaliyyətinizdə davamlı uğurlar diləyir, ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm".
Digər Xəbərlər
11 Aprel 2026 15:00
Hikmət Hacıyev Ermənistan nümayəndələri ilə görüşdü - FOTOLAR
11 Aprel 2026 12:04
“Bu gün biz yeni savaşlar dönəmində yaşayırıq...” – Politoloq
11 Aprel 2026 11:13
İlham Əliyev Tbilisidə xatirə kitabına nələr yazıb? - VİDEO
10 Aprel 2026 23:35
İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən eksklüziv kadrlar
10 Aprel 2026 19:45
Azərbaycan və Ermənistan nümayəndələri dəyirmi masada - YENİLƏNİB
10 Aprel 2026 19:11
İŞ-in növbəti iclası: Prezident köməkçisi məruzə etdi
10 Aprel 2026 18:32
“Gender ekspertizası” mexanizminin hüquqi əsaslarının dəqiqləşdirilməsi vacibdir”
10 Aprel 2026 17:13


Bakı -°C

