adalet.az header logo
  • Bakı -°C
23 Noyabr 2026 23:24
53
DÜNYA
A- A+

Melaniya Tramp: Ukrayna ilə bağlı yeni razılaşma üzərində işləyirik

ABŞ administrasiyası Rusiya-Ukrayna müharibəsi ilə bağlı yeni sülh razılaşmasının əldə olunması istiqamətində fəaliyyətini davam etdirir.

Adalet.az bildirir ki, bunu ABŞ-ın birinci xanımı Melaniya Tramp jurnalistlərə bildirib.

Ağ Evə Milad ağacının gətirilməsi mərasimində jurnalistlər ona Ukrayna ilə bağlı mümkün yeni razılaşma barədə sual ünvanlayıblar.

"Biz bunun üzərində işləyirik", - deyə Melaniya Tramp cavab verib.

Qeyd edək ki, noyabrın 20-də "Fox News" telekanalına müsahibəsində Melaniya Tramp Rusiya ilə Ukrayna arasında dekabrın 25-dək yeni atəşkəs razılaşmasının əldə olunacağına ümid etdiyini bildirmişdi.

O, həmçinin Xerson vilayətinin Alyoşki yaşayış məntəqəsində həyata keçirilən humanitar əməliyyatı böyük uğur adlandırmışdı./apa