adalet.az header logo
  • Bakı -°C
23 Noyabr 2026 20:09
53
ELM VƏ TƏHSİL
A- A+

Qarabağ Universitetinin tələbələri arasındakı hadisə ilə bağlı AÇIQLAMA

Elm və Təhsil Nazirliyi mediada Qarabağ Universitetinin tələbələri ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirlikdən Adalet.az-a verilən xəbərə görə, Qarabağ Universitetinin tələbələri arasında baş verən mübahisə təhsil müəssisəsindən kənarda baş verib.

Məlumata görə, hadisəyə hüquq-mühafizə orqanları tərəfindən müvafiq hüquqi qiymət verilib.

Bildirilib ki, sözügedən məsələ ilə əlaqədar heç bir tələbə Qarabağ Universitetindən qovulmayıb.

“Media nümayəndələrindən Qarabağ Universiteti ilə bağlı məlumatların dəqiq və obyektiv təqdim edilməsi üçün universitetin mətbuat xidmətinə müraciət edərək dəqiqləşdirilməsi xahiş olunur”, - məlumatda deyilir.