Aeroport yolunda məhdudiyyət tətbiq olunacaq
14-15 fevral tarixlərində paytaxtın Suraxanı rayonu, Aeroport şosesində (“Buta Palace” yaxınlığı) mövcud istismar müddətini başa vurmuş elektron məlumat-sürət tablolarının üzərində olduğu metal konstruksiya ilə birlikdə sökülərək yerində yenisinin quraşdırılması işləri görüləcək.
Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.
Bu səbəbdən 14 fevral tarixində saat 00:00-dan 07:00-dək Hava limanı yolundan (Hava limanı körpüsündən) “Koroğlu” metro stansiyası istiqamətində, 15 fevral tarixində isə həmin saatlarda “Koroğlu” metro stansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Alternativ yol kimi, Mərdəkan şosesindən gələnlər Zığ şosesinə, şəhər istiqamətindən gələnlər isə Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinə istiqamətləndiriləcək. Eyni zamanda sürücülər şəhərdən Hava limanı istiqamətinə alternativ olaraq 8 Noyabr prospektindən Zığ yoluna keçməklə də hərəkət edə biləcəklər.
Məhdudiyyətin tətbiq olunduğu müddətdə avtomobillərin alternativ yollarda rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yol polisi tərəfindən zəruri tədbirlər görüləcək.
Digər Xəbərlər
04 Mart 2026 12:18
"Vətəndaşlara cərimə borcu olduğu barədə saxta SMS-lər göndərilir" - DYP
04 Mart 2026 09:05
Bəzi yollarda tıxac var - SİYAHI
03 Mart 2026 12:30
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
03 Mart 2026 08:36
Bəzi yollarda sıxlıq var - SİYAHI
02 Mart 2026 18:31
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - SİYAHI
02 Mart 2026 12:41
Moped sürücülərinin nəzərinə - Bu tarixdən etibarən sürücülük vəsiqəsi tələb olunacaq
02 Mart 2026 08:47
Bəzi yollarda sıxlıq var
27 Fevral 2026 09:21


Bakı -°C

