AFFA-nın vitse-prezidenti "Qalatasaray"ın oyununa təyinat alıb
AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.
Adalet.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında UEFA Çempionlar Liqasının birinci mərhələsində iştirak edəcək.
K.Mehdiyeva 8-ci qrupun oyunlarının UEFA nümayəndəsi olacaq.
Lüksemburqun “Achille Hammerel” stadionunda sentyabrın 4-də, Bakı vaxtı ilə saat 15:00-da BIIK (Qazaxıstan) – NSA (Bolqarıstan), həmin gün saat 21:00-da “Rasinq Union” (Lüksemburq) – “Qalatasaray” (Türkiyə) görüşü keçiriləcək. Sentyabrın 7-də, Bakı vaxtı ilə saat 15:00-da isə cütlərin məğlubları, 21:00-da qalibləri qarşılaşacaqlar.
Qeyd edək ki, K.Mehdiyeva 4 oyunun hamısında UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.
Digər Xəbərlər
23 Yanvar 2026 11:34
“Neftçi” “Zirə”yə qarşı
23 Yanvar 2026 09:10
Avropa Liqasında VII turun qarşılaşmaları keçirildi
23 Yanvar 2026 00:02
“Qarabağ” bir gecəyə neçə milyon qazandı?
22 Yanvar 2026 21:38
"Fənərbağça" Elvin Cəfərquliyevi transfer etməyi planlaşdırır
22 Yanvar 2026 17:36
"Barselona"da ciddi itki - Bir ay oynamayacaq
22 Yanvar 2026 13:09
"Qarabağ"ın "Top-4" liqa klublarına qarşı ilk qələbəsi - Tarixi göstəricilər
22 Yanvar 2026 12:47
«QARABAĞ» AYĞIRLARININ KİŞNƏLTİSİ "AYNTRAXT"I SİLKƏLƏDİ
22 Yanvar 2026 10:24


Bakı -°C

