“Əgər mümkünsə elektron sistemindən əlavə alternativ üsul müəyyən edilsin...”
“Tibb müəssisələrində elektron sistemlərin işləməməsi böyük problemlərə səbəb olur.Səhiyyə müəssisələrində elektron sistemlərin, elektron resept, qeydiyyat və ya xəstəxana idarəetmə sistemlərinin işləməməsi və ya çökməsi texniki, infrastruktur və ya idarəetmə amilləri ilə bağlıdırsa bu, həll olunmalıdır. Artıq uzun illərdir ki, əhali bu problemdən əziyyət çəkir.Vaxt itirmədən dərhal cərrahiyyə əməliyyatı olunmalı xəstələr sistemin çəkməsi zəminində müayinələrinin cavabını ala bilmədikdə ölümlə üz-üzə qalırlar”.
Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib.
O, bildirib ki, bəzi hallarda 5, 7 saat sistem naməlum səbəbdən işləmir:
“Əvvəla, bunun əhaliyə qarşı təxribat olub olmaması araşdırılmalıdır. Müəmmalı və naməlum şəkildə xəstəxanalarda sistemin donması, çalışmaması yaxud sıradan çıxması ya da çıxarılması hallarının əsl səbəbləri araşdırılmalıdır.Bu səbəbdən xəstələr müayinə cavabını ala bilmir, təxirəsalınmaz cərrahi müdaxilə tələb olunduğu təqdirdə oturub ölümü gözləməkdən savayı çarə qalmır. Təklif edirəm ki, köhnə üsul bərpa olunsun. Əgər bacarmırıqsa, peşəkar mütəxəssislər hələ yoxdursa, yaxud hansısa maddi resurslarda, texniki vasitələrdə əskiklik varsa əvvəlki dədə-baba qaydasına küçiksin yaxud alternativ çıxış yolları müəyyən olunsun. Xəstəxanalarda xəstələr sistemin işləməməsi səbəbindən saatlarla ayaq üstə, gərgin vəziyyətdə gözləməli olurlar ki, bu da müalicə əvəzinə işgəncə deməkdir.Sistemin sıradan çıxdığı halda alternativ çıxış yolunun olmaması, bunun düşünülməməsi səhiyyə sisteminin böyük nöqsanıdır. Əhali ilə bu cür davaranmaq, ağır xəstələri taleyin ümidinə buraxmaq qanunlara və humanizm prinsiplərinə ziddir. Əgər mümkünsə elektron sistemindən əlavə alternativ üsul müəyyən edilsin. Mümkün deyilsə elektron sistem ləğv edilib keçmiş üsula qayıdılsın”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
08 Oktyabr 2026 15:19
"Atəş açmasaydı, onu həmin gün Azərbaycana qaytarardıq" - Paşinyan
08 Oktyabr 2026 13:37
"328 itkin şəxsin genetik identifikasiyası həyata keçirilib" - DTX-nin baş idarə rəisi
08 Oktyabr 2026 13:36
"Əldə etdiyimiz təcrübəni tərəfdaşlarla bölüşməyə hazırıq" - General-mayor
08 Oktyabr 2026 12:04


Bakı -°C

