Könül Nazimqızı: “Dərdini heç kəsə bildirmirdi”
Şairə Könül Nazimqızı mərhum dostu Rəhim Rəhimli ilə xatirələrini bölüşüb ağladı.
Adalet.az bildirir ki, o, mərhumun sağalmaz xəstəlikdən əziyyət çəkdiyini etiraf edib:
“Rəhim həyat dolu insan idi. Xəstəliyi ilə barışa bilmirdi. Hətta onun analizlərinin cavabında xərçəng xəstəliyi aşkarlansa da , o bununla bağlı müalicə almırdı. Çünki həmin xəstəliyin onda olmağına inanmırdı. Ancaq həmişə mənə deyirdi ki, Könül bu, artıq sondur. Daha ağrılara dözə bilmirəm. Ölmündən bir neçə gün əvvəl onunla görüşmüşdük. Bütün ağrılara rəğmən üzü gülürdü. Dərdini heç kəsə bildirmək istəmirdi”.
Əntiqə


Bakı -°C

