27 Iyun 2024 12:55
326
ŞOU-BİZNES

Ağalar Bayramov: “Küsəndə sevgi şeirləri oxuyuram”

Əməkdar artisti bədii qiraət ustası Ağalar  Bayramov  uzunömürlü  evliliyinin sirrini açıqlayıb.

Adalet.az bildirir ki, həyat yoldaşı ilə münasibətləri sərinləyən kimi  sevgi şeirləri oxuduğunu söyləyib:

“Artıq 44ildir dözürük. Bir- birimizə dözməklə bu illəri birlikdə geridə qoymuşuq.  Çalışıram həyat yoldaşımı incidəcək heç nə etməyim. O mənim başımın tacıdır. Övladlarımın anası, nəvələrimin nənəsidir. Birlikdə çox  çətin günlərdən keçmişik. Bu günümüzə şükürlər olsun.Ona xəyanət etmirəm. Amma münasibətlərimiz sərinləyəndə gözəl sevgi şeirləri oxuyub, onunla barışıram”.

Əntiqə