Ağalı kəndinə köçürülən sakinlər yeni evlərinə yerləşdiriliblər - YENİLƏNİB + VİDEO
İşğaldan azad edilən ərazilərimizə Böyük Qayıdış davam edir.
“Report”un Qarabağ bürosunun verdiyi məlumata görə, Zəngilan rayonunda “Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsinin növbəti mərhələsi həyata keçirilib.
Bu gün 12 ailənin 63 nəfər üzvü uzun illərdən sonra müvəqqəti məskunlaşma yerlərindən daimi yaşayış üçün doğma kəndlərinə qayıdıblar.
Kəndə qayıdan sakinləri prezidentin xüsusi nümayəndəliyinin rəhbəri Vahid Hacıyev qarşılayıb.
Ağalı kəndinə köçürülmə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni yaşayış sahələrinin təqdim olunması cədvəli əsasında, ardıcıl şəkildə davam etdiriləcək.
Məlumatda o da bildirilib ki, sentyabrın 10-na kimi Ağalıya ümumilikdə 25 ailənin köçürülməsi nəzərdə tutulur.
13:56
Bu gün Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinin ikinci mərhələsinə başlanılıb.
Kənd sakinləri Abşeron rayonunun Masazır qəsəbəsindəki “Zəngilan şəhərciyi”ndən yola düşüb.
AzTV-nin əməkdaşı Ağalı kənd sakini ilə söhbətləşib.
Kənd sakini sevinclərinin hədd-hüdudu olmadığını bildirib.
“Kəndimizə köçəndən sonra bizi işlə təmin edərlər, işləyərik”, - deyə kənd sakini qeyd edib.
09:16
Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinin ikinci mərhələsinə başlanılıb.
“Report” xəbər verir ki, rayonun “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə Böyük Qayıdışa uyğun olaraq daha 25 ailə (125 nəfər) köçürülür.
On iki ailədən ibarət birinci köç karvanı sentyabrın 7-də Abşeron rayonunun Masazır qəsəbəsindəki “Zəngilan şəhərciyi”ndən yola düşüb.
Digər 13 ailə isə ikinci köç karvanı ilə sentyabrın 9-da məcburi köçkünlük həyatına son verəcək.
Qeyd edək ki, Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. İşğala qədər bu inzibati ərazi üç kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1 504 nəfər).
Digər Xəbərlər
02 Noyabr 2025 10:31
İçərişəhərdə Zeytun Festivalı davam edir - FOTOLAR
31 Oktyabr 2025 19:20
Deyirlər pambıq sahələrdə qalıb...
31 Oktyabr 2025 17:13
Noyabrda bəzi yerlərdə havanın temperaturu 0-a enəcək
31 Oktyabr 2025 16:02
Bakıda niyə hər adam mənzil ala bilmir?
31 Oktyabr 2025 13:39
Qorxan gözə çöp düşər...
31 Oktyabr 2025 12:04
Sərnişindaşıma ilə məşğul olan avtomobil nəqliyyatı üçün yeni qaydalar
30 Oktyabr 2025 14:25
Növbəti köç karvanı Vəngli kəndinə çatdı - YENİLƏNİB
30 Oktyabr 2025 14:14


Bakı -°C

