Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub - FOTOLAR
“AzerGold” QSC-nin təşkilatçılığı, Göygöl Rayon İcra Hakimiyyəti və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə Vətən müharibəsinin 6-cı ildönümünə həsr olunan “Zəfərin izi ilə” adlı sosial layihə çərçivəsində şəhid ailələrinin Şuşa şəhərinə səfəri təşkil edilib.
QSC-dən Adalet.az-a bildirilib ki, səfərdə Göygöl rayonunda qeydiyyatda olan şəhid ailələrinin üzvləri iştirak ediblər. Layihənin əsas məqsədi şəhid ailələrinə mənəvi dəstək göstərmək, qəhrəman övladlarımızın keçdiyi döyüş yolunu ehtiramla xatırlamaq, həmçinin Zəfər tariximizin rəmzinə çevrilmiş Şuşanın tarixi və mədəni irsi ilə yaxından tanış etməkdir.
Səfər iştirakçıları əvvəlcə Şuşanın ən görkəmli dini-memarlıq abidələrindən olan Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər. Məsciddə Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi yad olunub, onların ruhuna dualar oxunub. Daha sonra qonaqlar Şuşada həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, şəhərin zəngin tarixi və mədəni irsi barədə məlumatlandırılıblar. Səfər çərçivəsində Cıdır düzü, Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın güllələnmiş büstləri, Natəvanın imarətinin qalıqları və bərpa olunmuş bulağı, İsa bulağı və digər tarixi-mədəni məkanlar ziyarət edilib. Ekskursiya zamanı iştirakçılara Vətən müharibəsində Şuşa uğrunda aparılan döyüşlər, qəhrəman hərbçilərimizin göstərdikləri şücaət və Zəfərin tarixi əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, şəhid ailələrinə və müharibə iştirakçılarına dəstək “AzerGold” QSC-nin korporativ sosial məsuliyyət siyasətinin prioritet istiqamətlərindən biridir. Şirkət bu kateqoriyadan olan şəxslərin sosial rifahının yüksəldilməsi, məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə davamlı layihələr həyata keçirir.
Hazırda “AzerGold” QSC-də, onun törəmə cəmiyyətlərində və uzunmüddətli podratçı şirkətlərdə ümumilikdə 334 şəhid ailəsi üzvü və müharibə iştirakçısı çalışır. Bununla yanaşı, onlar şirkətin həyata keçirdiyi təhsil, peşə hazırlığı və sosial dəstək layihələrinə də cəlb olunurlar.
Digər Xəbərlər
27 Sentyabr 2026 12:05
DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı - VİDEO + FOTOLAR
26 Sentyabr 2026 23:03
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
26 Sentyabr 2026 13:18
Azad edilmiş ərazilərdə şəhərsalma ilə bağlı hansı işlər görülüb? - Açıqlandı
26 Sentyabr 2026 12:42


Bakı -°C

