Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? - Ekspert açıqladı
Bakıda fəaliyyət göstərən restoranlardan birində əcnəbi turistə təqdim olunan hesab narazılığa səbəb olub. Turistin sözlərinə görə, sifariş etdiyi yeməklərin qiyməti menyuda göstəriləndən fərqli hesablanıb və yekun məbləğ ikiqat baha olub. Qiymətlərin düzəldilməsi üçün dəfələrlə müraciət etsə də, nəticə əldə edə bilməyib.
Adalet.az xəbər verir ki, turistlərə qarşı bu cür halların uzun müddətdir davam etdiyini deyən turizmçi Əziz Şiriyev bildirib ki, oxşar problemlərə Bakı ilə yanaşı, Qəbələ və Qubada da rast gəlinir. Onun sözlərinə görə, bəzi nəqliyyat xidməti göstərən şəxslər və yerli məhsul satanlar da turistlərdən sui-istifadə edirlər.
O hesab edir ki, belə halların qarşısı alınmalı, aidiyyəti qurumlar nəzarəti gücləndirməlidir. O, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Azərbaycan Hotel Assosiasiyası, Qida Təhlükəsizliyi Agentliyi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin bu məsələyə diqqət yetirməsinin vacibliyini vurğulayıb.
Turizmçinin fikrincə, turistlərin hüquqlarının qorunması üçün ölkədə turizm polisinin yaradılması da məqsədəuyğun olardı. O bildirib ki, qonaqların problem yaranan zaman müraciət edə biləcəkləri qurumun olması onların təhlükəsizlik hissini gücləndirər və Azərbaycanın turizm məkanı kimi nüfuzuna müsbət təsir göstərər.
Digər Xəbərlər
26 Oktyabr 2026 12:28
Sabah hava necə olacaq?
25 Oktyabr 2026 14:08
Yağış yağırsa...
25 Oktyabr 2026 12:32
Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə qar yağdı
25 Oktyabr 2026 09:32
Qubadlının işğaldan azad edilməsindən 6 il ötür
24 Oktyabr 2026 11:05
Bəzi yerlərə güclü yağış, qar yağıb - Faktiki hava
23 Oktyabr 2026 23:34
Zəngəzur parkında Qafqaz bəbiri üç balası ilə - VİDEO
23 Oktyabr 2026 19:13
14 icra hakimiyyətində yolların təmirinə ayrılan vəsaitlər araşdırıldı - Nöqsanlar tapıldı
23 Oktyabr 2026 11:10


Bakı -°C

