Ağalıda çadır tipli heyvan kəsimi məntəqəsi fəaliyyətə başladı

Avqustun 15-də Zəngilan rayonunun Ağalı kəndində çadır tipli heyvan kəsimi məntəqəsi və baytarlıq-sanitariya ekspertizasının aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyası fəaliyyətə başlayıb.
Bu barədə Adalet.az-a AQTA-dan məlumat verilib.
Həmçinin Agentlik əməkdaşları tərəfindən Ağalı kəndində iri və xırdabuynuzlu heyvanlara baytar nəzarəti həyata keçirilib və heyvanlardan nümunələr götürülərək laborator müayinələr aparılıb.
Qeyd edək ki, çadır tipli kəsim məntəqəsində heyvanlar baytarlıq nəzarətindən keçməklə və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilərək vətəndaşlara təqdim ediləcək. Bununla yanaşı, məntəqəyə kəsimə gətirilən iri və xırdabuynuzlu heyvanların müayinəsi zamanı xəstəliyə şübhə olarsa, nümunələr biotəhlükəsizlik səviyyəli səyyar laboratoriyada analizlərə cəlb olunacaq.
Çadır tipli kəsim məntəqəsi heyvanın kəsilməsi, soyulması və doğranmasına qədər bütün prosesi həyata keçirmək üçün gigiyenik tələblərə uyğun lazımi avadanlıqlarla təchiz edilib.
Digər Xəbərlər
24 Oktyabr 2025 18:56 Oturacaqlar niyə yığışdırıb?
24 Oktyabr 2025 16:41 Xəzər sahilinə qonmuş İtaliya: Bakının “Kiçik Venesiya” şəhərciyi
24 Oktyabr 2025 16:15 Camaat ət almaqdan ehtiyat edir...
24 Oktyabr 2025 11:50 Seyidbəyli kəndinə növbəti köç karvanı yola salınıb
24 Oktyabr 2025 11:11 "Bu, heyvanlar arasında xəstəliklərin yayılmasının qarşısını alır" - AÇIQLAMA
24 Oktyabr 2025 09:29 Beyləqanda heyvan bazarında monitorinq aparılıb - Nöqsanlar aşkarlandı
23 Oktyabr 2025 17:56 Evini kirayəyə verənlərin oxuması məsləhətdir: 10 faiz...
23 Oktyabr 2025 17:20 

Bakı -°C 






