Ağbənd-Kəlalə avtomobil körpüsünün tikintisinin başa çatdırılıb
Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri – Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq arasında telefon danışığı olub.
Adalet.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Telefon danışığı zamanı cari ilin fevral ayında Bakı şəhərində keçirilmiş Dövlət Komissiyasının 17-ci iclasının yekunlarına dair imzalanmış Anlaşma Memorandumunda əksini tapmış məsələlərin icra vəziyyəti nəzərdən keçirilib.
Tərəflər iqtisadi-ticarət, nəqliyyat-tranzit, energetika, su və digər sahələrdə uğurlu əməkdaşlığı qeyd edib, həyata keçirilən layihələrin icra dinamikasını müzakirə ediblər.
Xüsusilə nəqliyyat sahəsində həyata keçirilən layihələr sırasında Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisinin başa çatdırılması mühüm nəticə kimi qeyd edilib.
Həmçinin Astara yük terminalında işlərin tamamlanması istiqamətində zəruri məsələlər müzakirə olunub.
Digər Xəbərlər
09 Oktyabr 2026 12:15
Ceyhun Bayramov, Lavrov və Əraqçi ilə görüşdü - VİDEO
09 Oktyabr 2026 12:14
MDB-nin növbəti sammiti 2027-ci ildə Buxarada keçiriləcək
09 Oktyabr 2026 11:44
Prezident MDB Dövlət Başçıları Şurasının iclasında çıxış etdi - YENİLƏNİB + FOTOLAR
09 Oktyabr 2026 10:57
"III MDB Oyunlarının uğurla keçirilməsi əlamətdar idman hadisəsinə çevrildi" - Prezident
09 Oktyabr 2026 10:32
"Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır" - Prezident
09 Oktyabr 2026 10:32
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
09 Oktyabr 2026 10:31
"Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi öz mövqelərini möhkəmləndirir"
09 Oktyabr 2026 10:30


Bakı -°C

