Üçüncü dəfə prezident olmaq istəyir - “Hüququm var”
“Düşünürəm ki, yenidən namizəd olmaq hüququm var, çünki onlar seçkilərdə saxtakarlıq etmişdilər”.
Adalet.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ayova ştatında keçirilən Respublikaçıların ara seçki mitinqində çıxışı zamanı deyib.
O,2020-ci ildə Co Baydenə məğlub olduğu prezident seçkilərinin saxtalaşdırıldığını iddia edərək namizədliyini irəli sürmək hüququna malik olduğunu bildirib.
Bununla belə, Tramp qanunvericiliyin yenidən namizəd olmasına mane ola biləcəyini də etiraf edib.
Qeyd edək ki, ABŞ Konstitusiyasına 1951-ci ildə qəbul edilmiş 22-ci düzəlişə əsasən, bir şəxs prezident vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Trampın hazırkı prezidentlik müddəti 2029-cu ilin yanvarında başa çatmalıdır.
Xatırladaq ki, Tramp 2024-cü ilin noyabrında keçirilən prezident seçkilərində Demokratlar Partiyasının namizədi Kamala Harrisi məğlub edərək ikinci dəfə prezident seçilib. O, bundan əvvəl 2017-2021-ci illərdə də ABŞ prezidenti olub.
Digər Xəbərlər
23 Oktyabr 2026 20:40
Gürcüstanda saxlanılan Azərbaycan vətəndaşları deportasiya olundular
23 Oktyabr 2026 19:54
"İstəsək, İranı ələ keçirə bilərik" - Tramp
23 Oktyabr 2026 19:33
1 həftə ərzində İtaliyanın cənubunda 60 zəlzələ olub
23 Oktyabr 2026 18:56
Şeremetyevoda 100-dən çox reys ləğv edildi
23 Oktyabr 2026 18:54
Netanyahu İordan çayının qərb sahilində tam qapanma elan etdi
23 Oktyabr 2026 18:00
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
23 Oktyabr 2026 17:25
Blokada səbəbindən İranın cənub limanlarında idxal 25 % azalıb
23 Oktyabr 2026 17:00


Bakı -°C

