adalet.az header logo
  • Bakı -°C
17 Noyabr 2026 18:00
41
ŞOU-BİZNES
A- A+

Verilişlərə tez-tez gedənləri tənqid etdi

Xanəndə Ayşən Mehdiyeva efirə gec çıxmamasının səbəbini açıqlayıb.

Adalet.az xəbər verir ki, sənətçi “Qonaqcanlı” proqramında mövzu ilə bağlı danışıb. O bildirib ki, yaradıcılığında yenilik olanda verilişə qatılır:

“Bir-iki həftə efirə çıxmıramsa, ya yeni klip, ya da mahnı hazırlayıram. Bəzən elə olur ki, bir həftə ərzində verilişə 2-3 dəfə çıxıram. Efirdə görünəndə əlimdə ya yeni mahnı, ya da klip olmalıdır. Material olmalıdır. Hər gün efirdə olmağın mənası yoxdur”.