Ağcabədi polisindən əməliyyat: Evdən 7 kq marixuana çıxdı

Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinindən 7 kiloqramdan artıq narkotik vasitə olan marixuana götürülüb.
Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon sakini Taleh Əliyev saxlanılıb. İlkin olaraq onun üzərinə baxış keçirilərkən marixuana aşkar edilib. Daha sonra onun yaşadığı ünvana baxış zamanı 7 kiloqram 300 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Digər Xəbərlər
01 Noyabr 2025 17:00 Naxçıvan polisi əməliyyat keçirdi - Narkotacirlər saxlanıldı
01 Noyabr 2025 10:47 "TikTok"da vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb
01 Noyabr 2025 10:04 Xırdalanda kişi özündən 17 yaş kiçik sevgilisini "TikTok"a görə döydü
31 Oktyabr 2025 12:27 

Bakı -°C 










