adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Yanvar 2022 16:04
380
GÜNDƏM

Ağcaqanad...

44 günlük müharibə bitəndən və Rusiya sülhməramlıları Qarabağda müvəqqəti olaraq nəzarəti ələ keçirəndən sonra qondarma Artsax respublikasının müharibə vaxtı “səlahiyyətlilərinin” batmış dilləri açılıb. Həm də, elə dil açıblar ki, artıq dil boğaza girmir, elə hey haray salır ki, gəlin növbəti dəfə dilimizi gözümüzə soxun! Təbii ki, Azərbaycan ordusu bu işi sevə-sevə etməyi bacarır və bunu 44 gündə sübut etdi.

 

Haqq üçünə deyək ki, qondarma qurumun cinayətkar başçısı Arayik Arutyunan müharibədən əvvəl dilinə yiyəlik etmirdi. Yəqin ki, onun “

Qarabağ və Azərbaycan heç zaman bir yerdə olmayacaq “ bəyanatını eşitmişdiniz. Separatçı başçı o gündən bu sözün bədəlini ödəyir. Amma Qabağda bir oyuncaq fiqur var ki, gecə-gündüz səsini kəsmir, dilini dinməz qoymur. Söhbət heç bir ölkə tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağın dövlət naziri Artak Beqlaryandan gedir. Bu Qarabağlılar demiş “dərisinin qiyməti 3 qəpik” olan həşərata bənzər adam nə müharibədən əvvəl, nə də müharibədən sonra heç susmayıb.

 

Bu gün onun sərsəm bəyanat və açıqlamalarından bir neçəsini sizin diqqətinizə çatdıracağam:

 

26 noyabr, 2020 - “Azərbaycan hökuməti və mediasının 1990-cı illərdən sonra məcburi köçkün düşən şəxslər barədə manipulyasiyalarını qəbul edən xaricilər hər şeyini Azərbaycanda qoyan və kütləvi şəkildə qətlə yetirilən 500 000-dən çox ermənini də unutmamalıdır”.

 

12 İyul, 2021- “Şuşaya səfər edən səfirlər anlamalıdırlar ki, bu, işğal olunmuş ərazilərə edilmiş qanunsuz səfərdir”. O, ölkələri rəsmi Bakını dəstəkləməməyə çağırıb.

 

21 avqust, 2021- Beqlaryan Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağda 25 min insanın yaşadığı barədə bəyanatını yalan adlandırdı. O Tvitterdə yazdı: "Daim təkrarlanan yalan həqiqətə çevrilmir. Hazırda Qarabağda 25 min deyil, 120 min nəfər yaşayır. Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Bunu unudun! "

 

15 dekabr, 2021- “Laçın dəhlizi heç bir formada Azərbaycanın nəzarətində ola bilməz, bu məsələnin Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması ilə heç bir əlaqəsi yoxdur. Arsaxın Ermənistanla birbaşa, nəzarətsiz sərhədi olmalıdır, işğal olunmuş ərazilərimiz geri qaytarılmalıdır”,

 

18 Yanvar, 2022 - “Müharibədən sonra “DQR”in beynəlxalq miqyasada təcrid olunması daha çox bu istiqamətdə fəal işləyən Azərbaycanın səyləri sayəsində güclənib, Məsələn, indiyədək ATƏT-in Minsk qrupunun həmsədrləri, UNESCO-nun nümayəndə heyətləri, Qaçqınlar üzrə Komissar Dağlıq Qarabağa səfər etməyiblər. Əliyevin Minsk Qrupu ilə bağlı son bəyanatından sonra həmsədrlərin nəinki “DQR”ə səfəri, həm də onun müstəqilliyini tanıması və ya ən azından öz müqəddəratını təyinetmə hüququnun reallaşmasının vaxtı çatıb. “Bu, müharibədən sonra mütləqdir, çünki öz müqəddəratını təyinetmə hüququ istisna olmaqla, bütün əsas məsələlər ya həll olunur, ya da pozulur.“Qarabağda hərbi çağırış olacaq, əks qərar yoxdur. Heç bir müzakirə də yoxdur. Necə olubsa, elə də olacaq. Polis qoşunlarına gəlincə, layihə təqdim olunanda bu haqda danışacağıq. Qanun layihəsi dərc olunacaq və parlamentdə açıq müzakirə aparılacaq. Amma ümumilikdə bilirəm ki, polis qüvvələri daxili təhlükəsizliyi təmin etməklə məşğul olacaq”.

P.S. Bilirsiniz Artak Beqlaryanın bu sərsəm açıqlama və bəyanatları nəyə bənzəyir? İşdən yorğun gəlirsən, çörəyini yeyib, çayını içib, sonra da uzanıb dincəlmək istəyirsən! Elə bu anda bir ağcaqanad “vızhavız” salaraq qulağının dibində meydan sulamağa başlayır. Bir dəfə, əlinlə itəlirsən getmir, 2 dəfə əlini havada oyan-buyana yelləyirsən, yenə də itəliyirsən getmir.

Həəə, 3 dəfə işığı yandırırsan, milçəköldürənlə silahlanırsan və nəhayət bayaqdan meydan sulayaraq səsini kəsməyən ağcaqanadı tapıb onun “dərsini” verirsən, Əsəblərinin heyfini çıxırsan... Məsələ bitir...

Bu da olur, köhnə bir atalar sözü: “Vaxtsız banlayan xoruzun başını kəsərlər”.

 

Uzun sözün qısası, bu “vızıltı” da çox getməz!

 

Azərbaycan Ordusuna eşq olsun!

 

 

Əntiqə Rəşid