Ağdam sakinlərinin doğma şəhərlərinə qayıdacaqları il açıqlandı
Ağdam şəhərinin Baş planına uyğun olaraq həm minatəmizləmə sahəsində, həm də infrastrukturun qurulması sahəsində işlər davam edir.
Adalet.az xəbər verir ki, bunu AZƏRTAC-ə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan, işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
Emin Hüseynov deyib: "Rayonun 23 faizi minalardan təmizlənib. Avtomobil və dəmir yolu, elektrik enerjisi kimi baza infrastruktur layihələri yekunlaşmaq üzrədir.
Bəzi iqtisadi-sosial infrastruktur layihələrinə də başlanılıb. Artıq 1 nömrəli tam orta məktəbin tikintisi yekunlaşmaqdadır. Tarixi-mədəni abidələrin - Ağdam Cümə məscidinin, İmarət kompleksinin restavrasiyası davam edir. Prezident İlham Əliyevin son səfəri zamanı bir neçə layihənin təməli qoyuldu.
Gələn ilin ortalarından etibarən iki yaşayış məhəlləsinin, Ağdam şəhərinin ətrafında 3 kəndin, onun ardınca daha 9 kəndin tikintisinə başlanılacaq.
Bunlar hamısı bu yaxınlarda təsdiq olunmuş Dövlət Proqramının tərkib hissəsidir. Məqsədimiz odur ki, Dövlət Proqramında göstərildiyi kimi 2026-cı ilin sonunadək həm Ağdam şəhərinə, həm də onun ətraf kəndlərinə insanlarımızın qayıtmasını təmin edək".
Digər Xəbərlər
24 Sentyabr 2026 12:14
Hava ilə bağlı - Xəbərdarlıq
24 Sentyabr 2026 00:05
Alyona Əliyeva 3 nömrəli xüsusi təhsil müəssisəsində - FOTOLAR
23 Sentyabr 2026 23:32
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTOLAR
23 Sentyabr 2026 17:15
Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur
23 Sentyabr 2026 04:05
Payız gəldi...
22 Sentyabr 2026 14:24
Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır
22 Sentyabr 2026 12:47
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib
22 Sentyabr 2026 12:14


Bakı -°C

