Ağdamda mina partladı - Yaralı var
2024-cü il 27 aprel tarixində işğaldan azad edilmiş Ağdam rayonunun Mərzili kəndi ərazisində mina hadisəsi baş verib.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında bildirilib.
Xəsarət alan şəxs - 1994-cü il təvəllüdlü Hüseynov Vidadi Vüqar oğlu idarə etdiyi qreyderlə yolu azaraq minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minaya düşüb.
Hadisə nəticəsində Hüseynov Vidadi sağ əlindən xəsarətlər alıb.
Zərərçəkən şəxs rayon xəstəxanasına təxliyə edilib.
Mina partlayışı nəticəsində texnikaya zərər dəyib.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
Digər Xəbərlər
11 May 2024 21:49
Günəşdə son yeddi ilin ikinci ən böyük alovlanması qeydə alındı
11 May 2024 20:31Azərbaycanda yenidən güclü zəlzələ oldu - YENİLƏNİB
11 May 2024 20:26Bakıda mənzildən meyit tapıldı
11 May 2024 18:25Lənkəranda baş verən güclü zəlzələ ilə bağlı FHN-dən AÇIQLAMA
11 May 2024 18:11