Ağdamda “Səhnədə məhəbbət”
Ağdam Dövlət Dram Teatrında yeni səhnə işi üzərində hazırlıqlara start verilib. Teatrın səhnəsində yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Əli Əmirlinin “Səhnədə məhəbbət” əsəri əsasında hazırlanan eyniadlı tamaşa təqdim olunacaq.
Teatrın repertuar və dramaturgiya üzrə mütəxəssisi Habil İsmayılovun verdiyi məlumata görə, eksperimental musiqili-komediya janrında səhnələşdirilən tamaşa səhnə ilə real həyat arasındakı sərhədləri, sənət adamlarının daxili dünyasını və yaradıcılıq prosesində yaşanan ziddiyyətləri əks etdirir.
Əsərdə hadisələr teatr mühitində cərəyan edir. Tamaşanın hazırlanması prosesi fonunda aktyorların səhnədə canlandırdıqları rollarla şəxsi həyatlarında yaşadıqları hisslər arasında paralellər və toqquşmalar üzə çıxır. Bu isə səhnə əsərinə həm dramatik, həm də ironik çalarlar bəxş edir.
Tamaşanın quruluşçu rejissoru Racu Şıxlıdır. Rejissorun səhnə yozumunda əsas xətt məhəbbət mövzusu üzərində qurulsa da, burada təqdim olunan sevgi klassik romantik çərçivədən kənara çıxaraq, səhnə ilə həyatın kəsişməsində yeni məna qazanır.
Quruluşda metateatr elementlərindən geniş istifadə olunub. Tamaşada sənət naminə qurban verilən hisslər, şəxsiyyətin parçalanması, şöhrət və ambisiya, daxili boşluq kimi mövzular ironik və bəzən də acı yumorla təqdim edilir.
Səhnə əsərinin quruluşçu rəssamı Qönçə Həzizadə, işıq rəssamı Anar Şükürov, bəstəkarı Azər Şükürov, səs rejissoru Elşən Cəfərov, rejissor assistenti isə Xaliq Abdullazadədir.
Rolları Afəridə Sabirqızı, Anar Əhməd, Qalib Abdullazadə, Xəyalə Xudadatova, Fərhad Fərhadzadə və Teymur Kərimov ifa edirlər.
Tamaşanın premyera tarixi barədə əlavə məlumat yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.
Digər Xəbərlər
22 May 2026 09:26
Saida Haqverdiyeva Türkiyədə beynəlxalq mükafatına layiq görülüb
22 May 2026 09:07
Prezidentin qızı və gəlini perulu rəssamın sərgisində - FOTOLAR
21 May 2026 11:18
Günay Əfəndiyeva: “Şəhər - tarix qarşısında məsuliyyət, gələcək qarşısında öhdəlikdir”
20 May 2026 11:08
Azərbaycanda yeni könüllülük platforması fəaliyyətə başlayır
15 May 2026 22:45
Arzu Əliyeva: "Hər dəfə izləyəndə gözlərim yaşla dolur" - VİDEO
15 May 2026 12:47
Zeynəb Xanlarovanın yeni görüntüləri yayıldı - VİDEO
15 May 2026 12:08
Nazir: "Azərbaycan toy adətləri beynəlxalq səviyyədə öyrənilən bir sistemdir" - VİDEO
15 May 2026 11:52


Bakı -°C

