Ağdamın yeni nəslinin nəfəsi - VİDEO
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin dəstəyi ilə yeni videoçarx hazırlanıb.
Adalet.az xəbər verir ki, bir vaxtlar sükutun hakim olduğu Ağdamda bu gün yenidən uşaqların gülüş səsləri eşidilir. Yaşıl meydançalarda qaçan balacaların sevinci şəhərin yenidən dirçəlişinin ən canlı ifadəsidir. Onlar dağıntıları deyil, abad küçələri, geniş parkları, müasir yaşayış binalarını və təhlükəsiz həyətləri tanıyaraq böyüyürlər.
Bu uşaqların oynadığı yaşıl meydança təsadüfi bir məkanda yerləşmir. O, vaxtilə Qarabağın futbol tarixinin unudulmaz ünvanlarından olan İmarət stadionunun yaxınlığındadır. Bir zamanlar minlərlə azarkeşin coşqusu ilə səslənən bu məkanın ətrafında indi yeni nəslin gülüşü, futbol topunun səsi və gələcəyə inam əks-səda verir. Tarixin yaddaşı ilə gələcəyin ümidləri burada eyni nəfəsdə qovuşur.
Bu şəhərdə böyüyən hər bir uşaq sabahın Ağdamını quracaq, keçmişin ağrılarını gələcəyin uğurlarına çevirəcək. Çünki Ağdam artıq yalnız yenidən qurulan şəhər deyil – burada xoşbəxt uşaqlıq, yeni həyat və yeni nəsil böyüyür.
Digər Xəbərlər
23 Avqust 2026 21:17
Füzulidəki məktəbin direktoru Prezidentlərin qarşısında çıxış etdi - VİDEO
23 Avqust 2026 13:30
Şükufə Yusupovanın vəziyyəti ilə bağlı açıqlama
23 Avqust 2026 13:23
Sabah 40°-dək isti olacaq
22 Avqust 2026 12:31
FHN Bilgəh Kardioloji Sanatoriyasında təlim keçirdi - VİDEO
21 Avqust 2026 23:39
Ərzaq bazarlarında təhlükəsiz qida təminatı üçün nələrə əməl olunmalıdır? - VİDEO
21 Avqust 2026 18:00
Samuxda qarayara ilə bağlı dezinfeksiya işləri aparıldı
21 Avqust 2026 15:38
Növbəti köç: Bu dəfə Xankəndi, Xocalı və Ağdərəyə -YENİLƏNİB
21 Avqust 2026 12:41


Bakı -°C

