Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı BƏYANAT
"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyətin ictimai əhəmiyyətli hadisələr barədə məlumat almaq hüququna müdaxilədir".
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Media və Yayım Şurasının bəyanat yayıb.
"Media haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsi, onlara təzyiq göstərilməsi və təqib olunması yolverilməzdir.
Azərbaycan Respublikası Media və Yayım Şurası jurnalistlərə qarşı zorakılıq və onların qanuni peşə fəaliyyətinə maneə yaradılması hallarını qətiyyətlə qınayır, baş vermiş hadisələrin operativ, hərtərəfli və obyektiv araşdırılacağına əminliyini ifadə edir, hər kəsi media nümayəndələrinin qanuni fəaliyyətinə hörmətlə yanaşmağa və onların peşə vəzifələrini təhlükəsiz, sərbəst və maneəsiz yerinə yetirmək hüququna riayət etməyə çağırır", - bəyanatda deyilir.
Digər Xəbərlər
01 Noyabr 2026 18:15
Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz – Mətbuat Şurasının sədri
30 Oktyabr 2026 15:00
Əhməd İsmayılov Nat Bayjay ilə görüşdü - FOTOLAR
29 Oktyabr 2026 13:39
"Jurnalistlərə fiziki təzyiq göstərilməsi yolverilməzdir" - MŞ
29 Oktyabr 2026 12:52
Etik prinsiplər, özünütənzimləmə, yanlış sərlövhə seçimi və peşəkar jurnalistikanın fərqi
28 Oktyabr 2026 17:25
Xoşqədəm Hidayətqızı Mehdiyevdən YAZDI: "Məni qəzaya salmaq istəyirdilər..."
28 Oktyabr 2026 14:46
Əhməd İsmayılov Abdulfatah Kasim Mohamud ilə görüşdü - FOTOLAR
26 Oktyabr 2026 10:01
Mətbuat Şurası jurnalistlərin IX qurultayının qərarını şərh edib
22 Oktyabr 2026 22:04


Bakı -°C

