Ağıllı insanlar daha uzunömürlü olur
Edinburq Universitetinin alimləri müəyyən ediblər ki, insanın uşaqlıq dövründə ölçülən intellekti onun ömür uzunluğu ilə genetik səviyyədə bağlıdır.
Adalet.az xəbər verir ki, tədqiqatın nəticələri “Genomic Psychiatry” jurnalında dərc olunub.
Professor Devid Hill və Yan Diri rəhbərliyində aparılan araşdırma ilk dəfə sübut edib ki, zehni qabiliyyətlə uzunömürlülük eyni bioloji köklərə malikdir. Mütəxəssislər uşaqlıqda intellekt səviyyəsi ölçülən 12 mindən çox insanın, həmçinin valideynlərinin ömür uzunluğu haqqında məlumat toplanan 390 min iştirakçının genetik məlumatlarını analiz ediblər.
Nəticələr göstərib ki, intellekt və uzunömürlülük arasında genetik əlaqə 0,35-dir, yəni zehni qabiliyyətlərə təsir edən genlərin təxminən üçdə biri həyat uzunluğu ilə də əlaqəlidir. Alimlər intellektin irsiliyini 27%, uzunömürlülüyün isə 29% səviyyəsində qiymətləndiriblər. Tədqiqatçılar vurğulayıblar ki, ölçmələrin uşaqlıq dövründə aparılması işin əsas üstünlüyüdür.
Əvvəlki iri miqyaslı epidemioloji tədqiqatlar da bu əlaqəni təsdiqləmişdi. Tədqiqatların birində bir milyondan çox insanın məlumatları göstərib ki, uşaqlıqda IQ-nun hər standart artımı ölüm riskini 24% azaldır. Yeni araşdırma isə bu təsirin genetik əsasını ilk dəfə ortaya qoyub. Alimlər “genetik statistikada ən etibarlı üsullardan biri” sayılan LD-regressiya metodundan istifadə edərək təsadüfi amillərin təsirini istisna ediblər. Mütəxəssislərin fikrincə, bu nəticələr gələcəkdə xəstəliklərin erkən profilaktikası və beyin sağlamlığının qorunması üçün yeni strategiyaların hazırlanmasına kömək edə bilər.
Digər Xəbərlər
17 Noyabr 2025 08:10
Xoşbəxtlik puldan asılıdır?
14 Noyabr 2025 18:00
Dünyanın müxtəlif ölkələrində erməni diasporu: onların sayı və fəaliyyət istiqamətləri
13 Noyabr 2025 11:42
Dennitsa adlı mələk niyə şeytana çevrildi?
12 Noyabr 2025 16:28
Bazarstore.az – Onlayn alış-verişdə rahatlıq və endirimləri bir araya gətirir
10 Noyabr 2025 09:20
Çində hava taksisi ilə 10 dəqiqəlik uçuş təxminən 8 dollara başa gələcək
08 Noyabr 2025 11:43
“Azərsun Holdinq” media nümayəndələri arasında intellektual yarış keçirdi - FOTOLAR
07 Noyabr 2025 15:42
Yapon alim özünün robot oxşarlarını nə üçün düzəldib?
04 Noyabr 2025 14:44


Bakı -°C

