Telefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...
Smartfon və digər rəqəmsal cihazlardan yayılan mavi işıq insan sağlamlığına və yuxu rejiminə ciddi zərər vurur.
Adalet.az-ın xəbərinə görə, Harvard Tibb Məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, mobil telefon ekranlarının şüalanması yuxuya getməyi təmin edən melatonin hormonunun ifrazını kəskin şəkildə zəiflədir.
Harvard Universitetinin yuxu təbabəti professoru Dr. Çarlz Çeysler bildirir ki, yatmazdan əvvəl ekrana baxmaq beyinə gündüz olduğu təəssüratını aşılayır. Bu isə yuxuya getmə müddətini uzadır, gecə tez-tez oyanmağa, göz quruluğuna və yorğunluğa səbəb olur.
Bildirilir ki, yatmazdan öncə sosial media və xəbərləri izləmək beynin istirahət etməsinə mane olur və stress səviyyəsini artırır. Xroniki yuxu pozğunluğu isə uzunmüddətli perspektivdə immunitet sistemini zəiflədir və ertəsi gün diqqət dağınıqlığına yol açır.
Kaliforniya Universitetinin nevroloqu Dr. Metyu Uoker yuxu keyfiyyətini artırmağın ən sadə yolunun telefonları yataq otağından kənarlaşdırmaq olduğunu vurğulayır. Sağlam yuxu rejimi üçün ekranları yatmazdan ən azı bir saat əvvəl söndürmək, telefonlarda mavi işıq filtrindən və ya gecə rejimindən istifadə etmək lazımdır. Həmçinin gecə yatmazdan öncə kitab oxumaq və ya yüngül meditasiya etmək kimi sakitləşdirici fəaliyyətlərlə məşğul olmaq yuxu keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
Digər Xəbərlər
24 Noyabr 2026 10:24
“Azərlotereya”dan iki yeni “Poz-Qazan” oyunu: Böyük uduş...
24 Noyabr 2026 08:55
Çovdar çörəyinin gizli faydaları aşkarlandı
24 Noyabr 2026 08:30
Almanın üzərinə əlavə edin: faydası birə beş artır
24 Noyabr 2026 08:00
Süni Ay torpağında yeməli kartof yetişdirildi
24 Noyabr 2026 07:29
Naringi qabıqlarını atmayın: Evdə və mətbəxdə faydalı istifadə üsulları
23 Noyabr 2026 21:00
“Titanik”in sərnişinin üzüyü hərracda satıldı
23 Noyabr 2026 10:58
Küçələrdə heç vaxt bala göyərçin görünməməsinin SƏBƏBİ
22 Noyabr 2026 10:16


Bakı -°C

