Aİ-Azərbaycan tərəfdaşlığının prioritetləri müzakirə edildi - YENİLƏNİB
İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundiç ilə görüşüb.
Nazirlikdən Adalet.az-a bildirilib ki, görüşdə vurğulanıb ki, Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından olan Aİ ilə iqtisadi-ticarət münasibətləri genişlənir. Avropa İttifaqı ilə ölkəmiz arasında enerji, investisiyalar və digər istiqamətlər üzrə tərəfdaşlıq regional inkişafa töhfə verir.
Tərəflər Azərbaycan-Aİ əməkdaşlığının prioritetlərini müzakirə ediblər. Ölkəmizin strateji inkişaf hədəfləri və Aİ-nin Azərbaycan üçün 2024-cü il üzrə Maliyyələşdirmə Sazişi barədə fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı birgə fəaliyyət çərçivəsində ticarət, enerji, nəqliyyat, infrastruktur və rəqəmsallaşma üzrə təşəbbüslər, əməkdaşlığın şaxələndirilməsi imkanları qeyd olunub.
***
12:47
İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundiç ilə Aİ-Azərbaycan tərəfdaşlığının prioritetlərini müzakirə edib.
Adalet.az xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Ölkəmizin strateji inkişaf hədəfləri və Aİ-nin Azərbaycan üçün 2024-cü il üzrə Maliyyələşdirmə Sazişi barədə fikirlərimizi bölüşdük. Birgə fəaliyyət çərçivəsində ticarət, enerji, nəqliyyat, infrastruktur və rəqəmsallaşma sahələrində təşəbbüsləri, əməkdaşlığın şaxələndirilməsi imkanlarını vurğuladıq", - deyə o qeyd edib.
Digər Xəbərlər
06 Dekabr 2025 10:57
Neftimiz 67 dollara çatır
06 Dekabr 2025 10:54
Azərbaycan manatı ilə bağlı vacib PROQNOZ
06 Dekabr 2025 10:03
Suqovuşanda 65 min manata ticarət mərkəzi tikiləcək
05 Dekabr 2025 18:00
“Gömrük–biznes” inkişaf modeli yaradılacaq
05 Dekabr 2025 10:52
Maaşlar 9,5 faiz artdı: Pensiyalar nə qədər artırılacaq?
05 Dekabr 2025 10:26
172,3 milyon manatdan çox ƏDV geri qaytarılıb
04 Dekabr 2025 12:49
Vergilərin 73,1 faizi qeyri-neft-qaz sektorunun payına düşüb
04 Dekabr 2025 10:42


Bakı -°C

