"Avropa miqrantlar səbəbindən orta əsrlərə qayıdır"
Avropa açıq sərhəd siyasəti və immiqrant axını səbəbindən sürətlə orta əsrlərə qayıdır".
Adalet.az xəbər verir ki, bunu Hollandiyanın ifrat sağçı Azadlıq Partiyasının lideri Geert Vilders "X"də yazıb.
"Avropa açıq sərhədlər və kütləvi immiqrasiya səbəbindən sürətlə orta əsrlər qitəsinə çevrilir. Qitənin hökumətləri qaçqın axınını məhdudlaşdırmaq və sərhədlərini qeyri-qanuni miqrantlara bağlamaq üçün təcili tədbirlər görməsə, Avropanın mədəni kimliyi təhlükə altında ola bilər", - Vilders bildirib.
Hollandiya qurumlarının statistikasına görə, 2024-cü ildə Hollandiyaya 316 000-dən çox miqrant gəlib. Onların əksəriyyəti Surinam, Türkiyə, Mərakeş və digər Afrika ölkələrindən gəlib. Ölkədə sənədsiz miqrantların sayı, müxtəlif mənbələrə görə, 70 mindən 150 minə qədərdir.


Bakı -°C

