Aİ bu qərarla Qafqazda savaşa rəvac verir: Hələ 2 il casuslar sərhəddimizdə qalacaq
Ötən gün xəbər vermişdik ki, Brüsseldə Avropa İttifaqı ölkələrinin səfirləri Aİ-nin Ermənistandakı müşahidə missiyasının müddətinin uzadılması ilə bağlı müzakirələr aparacaq və qərar qəbul edəcək.
Adalet.az xəbər verir ki, gözlənildiyi kimi, Avropa Birliyi (AB) ölkələrinin səfirləri AB-nin Ermənistandakı müşahidə missiyasının fəaliyyət müddətinin artırılmasını təsdiqləyiblər.
Missiya daha iki il - 2027-ci il fevralın 19-dək fəaliyyətini davam etdirəcək.
Beləliklə, Aİ bu misssiya ilə bir daha nümayiş etdirir ki, Azərbaycan və Ermənistan arasında sülh əldə olunmasında maraqlı deyil. Əksinə, Ermənistanı revanşizmə həvəsləndirir, Azərbaycanla sülh danışıqlarından çəkilməyə sövq edir.
Qeyd edək ki, Avropa İttifaqının Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Ermənistana 2023-cü ilin fevralında Ermənistana ilk 100 mülki müşahidəçini göndərdii və aylar sonra onların sayı iki dəfə artdı. 209 nəfər...Qərar layihəsinə əsasən, müşahidəçilərin tərkibi və sayı dəyişməz qalacaq: 165 beynəlxalq və 44 erməni işçi. Avropa İttifaqının Ermənistandakı missiyası Qafan, Gorus, Cermuk, Yexeqnadzor, Martuni və İcevandakı 6 əməliyyat bazasında patrul xidməti həyata keçirir.
Əntiqə Rəşid
Digər Xəbərlər
22 Yanvar 2026 17:23
"Bəzi qanunlar insanlar üçün müəyyən çətinliklər yaradır" - Deputat
22 Yanvar 2026 13:43
Azərbaycanda yalnız bu şəxslər aptek işlədə biləcək – Yeni qərar
22 Yanvar 2026 13:36
Uşaq əməyinə görə məsuliyyətin sərtləşdirilməsi nəzərdə tutulur
22 Yanvar 2026 13:03
Azərbaycanda ilk dəfə bu şəxslərlə saathesabı müqavilə bağlanacaq
22 Yanvar 2026 11:10
Cib bıçaqlarının satışı qadağan olunsun - TƏKLİF
22 Yanvar 2026 11:04
Buz bağlayan yollarda köməksiz qalanlara yardım edilib - VİDEO
22 Yanvar 2026 09:21
Leyla Əliyeva Davos səfərindən paylaşım etdi
21 Yanvar 2026 18:23


Bakı -°C

