adalet.az header logo
  • Bakı -°C
22 Yanvar 2026 11:10
69
GÜNDƏM
A- A+

Cib bıçaqlarının satışı qadağan olunsun - TƏKLİF

"Gənclər və yeniyetmələr arasında bıçaqlanma hadisələri baş verir. Statistikalar göstərir ki, hadisələr daha çox cibdə gəzdirilən, qatlanan bıçaqlarla törədilir. Bu bıçaqların satışının, istifadəsinin qadağan olunmasını təklif edərdim".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin iclasında deputat Müşfiq Cəfərov deyib. Onun sözlərinə görə, müəyyən kompüter oyunları var ki, uşaqların və yeniyetmələrin psixologiyasına təsir edir.

"Onların qadağan olunması böyük əhəmiyyət kəsb edir. Bu qadağa uşaq və yeniyetmələr arasında ölüm hadisələrinin qarşısını almış olar", - deyə deputat bildirib.