""Ştutqart"ı qanunsuz yolla əlimizdən alıb" - Bacısı oğlundan sabiq deputata ittiham
Avtomobillərin ehtiyat hissələrinin satışını həyata keçirən "Ştutqart" mağazalar şəbəkəsi ilə bağlı qalmaqal yaşanır. Keçmiş deputat Nəriman Əliyevin mağazalar şəbəkəsini qanunsuz yollarla ələ keçirildiyi iddia edilir. Bu ittihamı irəli sürən isə kənar şəxs deyil, sabiq deputatın öz bacısı oğlu Pərviz Abdullayevdir.
Adalet.az xəbər verir ki, "Qaynarinfo" Pərviz Abdullayevlə əlaqə saxlayaraq təfərrüatları öyrənməyə çalışıb.
O bildirib ki, uzun illərdir biznes fəaliyyəti ilə məşğul olur:
"Yuyucu tozların istehsalını və satışını həyata keçirən "Emruz" markasını biz yaratmışıq. Daha sonra isə "Ştutqart" mağazalar şəbəkəsinin qurduq. Hətta mən bu işə görə Dubaya köçərək bir müddət orada yaşadım. Yaxınlar bilir ki, Nəriman Əliyev bu mağazalar şəbəkəsinin sahibi deyil. O, sadəcə bu biznesi əlimizdən alıb".
P.Abdullayevin sözlərinə görə, Nəriman Əliyev onun dayısı olmaqla yanaşı, atası ilə çox yaxın dost olub:
"Onun yüksəlişinə görə atam az əziyyət çəkməyib. Bu baxımdan biz onu mağazalar şəbəkəsinə ortaq etmişdik. Nəriman Əliyev də bundan sui-istifadə etdi, arxasında duran məmurların dəstəyi ilə mağazalar şəbəkəsini əlimizdən aldı. "Ştutqart"ın qurulmasında onun zərrə qədər əməyi olmayıb. Təsəvvür edin, mağazanın adını da mən qoymuşam. Nəriman Əliyev onu himayə edən məmurlara güvənərək belə hərəkət edib. Lakin biz mağazamızı geri almaqda israrlıyıq. Bütün qanuni və hüquqi vasitələrdən istifadə edərək məqsədimizə çatacağıq".
Pərviz Abdullayevin iddiaları ilə bağlı sabiq Milli Məclis üzvünün mövqeyini öyrənmək mümkün olmayıb. Saytın əməkdaşının zənginə keçmiş deputatın köməkçisi cavab verib. O, N.Əliyevin ölkədə olmadığını, 10 gündən sonra qayıdacağını bildirib.
Digər Xəbərlər
21 Yanvar 2026 18:23
İcra başçısı onları işdən azad etdi - Müavinləri və köməkçiləri də var
21 Yanvar 2026 17:15
Leyla Əliyeva Efiopiya səfərindən görüntülər paylaşdı
21 Yanvar 2026 17:13
Azərbaycanla Misir arasında dini sahədə əməkdaşlıq müzakirə olundu
21 Yanvar 2026 17:10
Ötən il ADY ilə ən çox səfər edən sərnişin odur - VİDEO
21 Yanvar 2026 14:06
"Rusiyadan gələnlərin çoxu böyük maliyyə imkanlarına sahibdir" - Deputat
21 Yanvar 2026 12:21
SN-də beynəlxalq əczaçılıq şirkətinin nümayəndə heyəti ilə görüş keçirildi - FOTO
21 Yanvar 2026 11:45
Ötən il Azərbaycanda ən çox cəzalandırılan televiziya hansıdır? - RƏSMİ
21 Yanvar 2026 11:29


Bakı -°C

