Premyer Liqada 3-cü dəfə turun ən yaxşısı seçildi
İngiltərə Premyer Liqasında 22-ci turun ən yaxşı futbolçusu müəyyənləşib.
Adalet.az Premyer Liqanın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu ada "Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeş layiq görülüb.
Portuqaliyalı futbolçu ötən həftəsonu baş tutan Mançester derbisində parlaq oyunu ilə yadda qalıb. O, komandasının "Mançester Siti" üzərində 2:0 hesablı qələbə qazandığı görüşdə Brayan Mbeumonun vurduğu qolun məhsuldar ötürməsini verib.
Qeyd edək ki, futbolçu bununla cari mövsüm ərzində üçüncü dəfə turun ən yaxşı oyunçusu seçilib.
Xatırladaq ki, hazırda Maykl Kerrikin rəhbərlik etdiyi "qırmızı şeytanlar" turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. Klub növbəti tur çərçivəsində yanvarın 25-də səfərdə "Arsenal"ın qonağı olacaq.
Digər Xəbərlər
21 Yanvar 2026 18:10
"Fənərbağça" onu Fransaya satdı
21 Yanvar 2026 17:40
“Beşiktaş”ın futbolçusu “Braqa”da
21 Yanvar 2026 16:42
""Qarabağ" Bundesliqada çıxış etsəydi, autsayder olmazdı" - Qurban Qurbanov
21 Yanvar 2026 10:25
Ter Ştegen "Jirona"da
21 Yanvar 2026 09:31
Çempionlar Liqası: "Qarabağ" bu gün Bakıda "Ayntraxt"ı qəbul edəcək
21 Yanvar 2026 09:10
"Arsenal" "İnter"ə qalib gəldi, "Real" "Monako"nu darmadağın etdi - VİDEO
20 Yanvar 2026 18:33
Edin Ceko “Şalke” ilə anlaşıb
20 Yanvar 2026 17:08


Bakı -°C

