“Barselona” yay üçün əsas transfer hədəfini müəyyənləşdirdi
“Barselona” Madridin “Atletiko” klubunun hücumçusu Xulian Alvaresi 2026-cı ilin yay transfer dövrü üçün əsas hədəf seçib.
Adalet.az xəbər verir ki, bu barədə Sport.es nəşri məlumat yayıb.
Mənbənin yazdığına görə, katalon klubu qarşıdakı yay transfer pəncərəsində argentinalı forvardı heyətinə qatmaq üçün bütün imkanlarını səfərbər edəcək.
Bununla belə, “Barselona” bu transferi yalnız İspaniya La Liqasının maliyyə feyr-pley tələblərinə əməl olunduğu halda reallaşdıra biləcək. Klubda Alvaresin oyun üslubunun digər cənubi amerikalı hücumçu Luis Suaresə bənzədiyi düşünülür və bu səbəbdən onun transferi üçün 82 milyon avro ödəməyə hazırdırlar.
Cari mövsümdə Alvares bütün turnirlərdə klubun heyətində 27 oyuna çıxıb, 11 qol vurub və beş məhsuldar ötürmə edib. Nüfuzlu “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 100 milyon avro olaraq qiymətləndirir.
Digər Xəbərlər
03 Aprel 2026 12:45
"Ən böyük arzum odur ki, Azərbaycan millisi dünya çempionatının finalına çıxsın" - AFFA prezidenti
03 Aprel 2026 12:15
AQTA idman qidalarının istehlakı ilə bağlı xəbərdarlıq edir
03 Aprel 2026 12:08
İnzibati işçilərə ən çox maaş ödəyən Azərbaycan klubu
03 Aprel 2026 12:01


Bakı -°C

