Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrailin “Elbit Systems” müdafiə konserni Azərbaycana müasir PULS reaktiv yaylım atəşi sistemlərinin və yüksək dəqiqlikli Extra-MR raketlərinin tədarükü üçün 235 milyon dollar dəyərində müqavilə imzalayıb.
Adalet.az xəbər verir ki, bu barədə İsrailin “Globes” nəşri məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Üç il müddətinə nəzərdə tutulmuş müqavilənin şərtlərinə əsasən, İsrail şirkəti PULS buraxılış qurğularının, əlavə raket-artilleriya platformalarının, inteqrasiya olunmuş logistik dəstək kompleksinin, həmçinin yüksək dəqiqlikli Extra-MR raketlərinin tədarükünü təmin edəcək.
Qeyd edək ki, Extra-MR orta məsafələrdə əməliyyatlar üçün nəzərdə tutulmuş idarə olunan raketdir. Bu raketlər düşmən hədəflərinin 80 km-ə qədər məsafədə dəqiq məhv edilməsini təmin edir. Sistem “Elbit Systems” şirkətinin PULS sistemi və mövcud C4I arxitekturaları ilə tam uyğundur, geniş spektrli tapşırıqlar üçün çevik və iqtisadi cəhətdən səmərəli imkanlar təmin edir.
Digər Xəbərlər
19 Oktyabr 2026 19:00
TÜRKPA Qadın Parlamentarilər Qrupunun 5-ci iclası keçirilib
19 Oktyabr 2026 18:23
“Şahinlərin Görüşü-2026” təlimində mürəkkəb taktiki manevrlər yerinə yetirilib - VİDEO
19 Oktyabr 2026 18:14
Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTOLAR
19 Oktyabr 2026 18:00


Bakı -°C

