"Münasibətlərin normallaşması üçtərəfli proses deyil" - Mirzoyan
"Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçtərəfli proses deyil".
Adalet.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bunu parlament üzvlərinin suallarını cavablandırarkən bildirib.
"Biz siyasi narrativimiz çərçivəsində iki nizamlama prosesini həyata keçiririk. Hər ikisində də nəzərə çarpan uğurlarımız, aydın şəkildə ifadə olunmuş ideyalarımız, eləcə də gələcək addımlar və yekun nəticələrlə bağlı gözləntilərimiz var. Bəyan edirik ki, siyasi gündəm olaraq onlar bir-biri ilə şərtləndirilməyib. Lakin prosesə tamamilə obyektiv tədqiqatçı gözü ilə baxan hər kəs bu əlaqəni görməzdən gələ bilməz", - Mirzoyan bildirib.
Xarici işlər nazirinin sözlərinə görə, Ankara ilə Bakı arasındakı sıx əlaqələr sirr deyil.
“Müəyyən mənada, bu əlaqəni etiraf etməliyik... İnanıram ki, əgər bu gün Azərbaycanla razılığa gəlmişiksə, sülhün möhkəmləndirilməsində və ya təsisatlaşdırılmasında daha bir addım atmışıqsa, onda Türkiyə ilə münasibətlərin normallaşdırılmasında hər hansı bir irəliləyiş gözləmədən bu addımları ata bilərik. Sonra - Türkiyə ilə”, - deyə Mirzoyan qeyd edib.
Digər Xəbərlər
21 Yanvar 2026 20:15
Qazaxıstanlı nazirdən AZAL təyyarəsi ilə bağlı - RƏSMİ AÇIQLAMA
21 Yanvar 2026 19:16
Tramp Makronun eynəyini ƏLƏ SALDI - VİDEO
21 Yanvar 2026 19:00
Finlandiya NATO-nun keçirəcəyi irimiqyaslı təlimlərdə iştirak edəcək
21 Yanvar 2026 18:53


Bakı -°C

