Aİ ilə Hindistan təhlükəsizlik və müdafiə paktı imzaladı
Avropa İttifaqı (Aİ) və Hindistan təhlükəsizlik və müdafiə tərəfdaşlığına imza atıb.
Adalet.az xəbər verir ki, bu barədə Avropa Komissiyası bəyanat yayıb.
Bəyanatda vurğulanır ki, bu, iki tərəf arasında müdafiə və təhlükəsizlik sahəsində ilk sazişdir.
Saziş dəniz təhlükəsizliyi, müdafiə sənayesi və texnologiya, kibertəhlükəsizlik və hibrid təhdidlər, kosmos və terrorizmə qarşı mübarizə kimi sahələrdə əməkdaşlığı gücləndirəcək.
Aİ və Hindistan liderləri, həmçinin, Məlumat Təhlükəsizliyi Müqaviləsi üzrə danışıqların yekunlaşmasını alqışlayıblar. Bu müqavilə məxfi məlumat mübadiləsini asanlaşdıracaq və təhlükəsizlik və müdafiə sahələrində daha güclü əməkdaşlığa zəmin yaradacaq.
Tarixi tərəfdaşlıq bu gün Yeni Delhidə keçirilən 16-cı Aİ–Hindistan Zirvə görüşündə rəsmi olaraq təsdiqlənib./APA
Digər Xəbərlər
27 Yanvar 2026 13:31
ABŞ-də donvurmadan ölənlərin sayı 34 nəfərə çatdı
27 Yanvar 2026 12:55
Fransada 15 yaşdan kiçiklər üçün sosial media qadağan olundu
27 Yanvar 2026 10:41
Ərdoğan Ermənistana 10 milyon dollar maliyyə yardımı edib? - RƏSMİ CAVAB
26 Yanvar 2026 20:32


Bakı -°C

