Azərbaycanda quş qripinə qarşı növbəti monitorinqlər keçiriləcək
Azərbaycanda fevralın 2-6-da quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinqlər keçiriləcək.
Bu barədə Adalet.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, monitorinq zamanı risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərində vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq və bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində və müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürüləcək.
Habelə Azərbaycan üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.
Tədbirlər müddətində götürülmüş nümunələrin müvafiq müayinələri aparılacaq.
Digər Xəbərlər
27 Yanvar 2026 10:39
Antibiotik kursu bitdikdən sonra uşağın ümumi orqanizminin bərpası
27 Yanvar 2026 10:39
Uşaqlara özbaşına antibiotik vermələrinin fəsadları
26 Yanvar 2026 15:26
Azərbaycanda "Nipah"a yoluxma qeydə alınmayıb - RƏSMİ
25 Yanvar 2026 08:59
Əhalisi ən çox yatan ölkələr açıqlandı – SİYAHI
23 Yanvar 2026 19:15
Üzərində ilk robotik cərrahi əməliyyat aparılan xəstə evə buraxıldı
23 Yanvar 2026 12:52
Oturma tərzi beynin sağlamlığına birbaşa təsir edir
22 Yanvar 2026 17:55
Xərçəngdən əziyyət çəkən jurnalist: köməyə ehtiyacı var
22 Yanvar 2026 16:33


Bakı -°C

