Aİ-nin müşahidə missiyasının fəaliyyətinə xitam veriləcək

Ermənistan Azərbaycanla sərhədə yerləşdirilmiş Aİ-nin müşahidə missiyası (EUMA) fəaliyyətinə xitam vermək öhdəliyi götürüb.
Adalet.az Apa-ya istinadən xəbər verir ki, saziş layihəsində tərəflərin bir-birinə qarşı güc tətbiq etməmə və ya güc tətbiqi ilə hədələməmə öhdəliyi ilə yanaşı, öz ərazilərini üçüncü dövlətlərin digər tərəfə qarşı təcavüzü üçün istifadəyə yol verilməməsi müddəasının əks olunması mövcud regional reallıqlar və bölgədə olan hərbi mövcudluq kontekstində xüsusi əhəmiyyət kəsb edir.
Belə ki, Azərbaycanda hər hansı bir üçüncü tərəfin hərbi mövcudluğu olmadığı halda, Ermənistanda hərbi mövcudluq olması fonunda, bu öhdəliyin layihədə əks olunması təsadüfi hesab edilməməlidir. Eyni qaydada, saziş layihəsinin 7-ci maddəsində tərəflərin qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrinin yerləşdirməməklə bağlı öhdəliyi xüsusi diqqət tələb edir. Məlum olduğu kimi, məhz bu element saziş layihəsində ən son mərhələyə kimi açıq qalan məsələlərdən biri idi və Ermənistan tərəfi müxtəlif bəhanələrlə bu müddəaya razılıq vermək istəmirdi.
Sözügedən müddəa hazırda Ermənistan ərazisində yerləşdirilmiş Aİ-nin müşahidə missiyası (EUMA) kontekstində xüsusi əhəmiyyət kəsb edir və Ermənistan tərəfinin bu missiyanın fəaliyyətinə xitam vermək öhdəliyini ehtiva edir.
Digər Xəbərlər

Azərbaycan-ABŞ Strateji tərəfdaşlığı tarixi sülhü və yeni qlobal perspektivləri ehtiva edir

"Əldə olunan razılaşma tarixi addım oldu" - Ərdoğan

İlham Əliyev Qətər Əmirinə zəng etdi

Kallas Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə telefonla danışdı

Dövlət sərhədinin delimitasiyası və demarkasiyası haqqında Saziş imzalanacaq

Azərbaycan və Ermənistan arasındakı sülh sazişinin MƏTNİ

İtkin düşmüş şəxslərlə əlaqədar görüləcək tədbirlər müəyyənləşdirilib
