adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Aprel 2021 09:10
28452
DÜNYA

Aİ Türkiyəyə qarşı ikili standartlardan imtina etməlidir - Ərdoğan

Avropa İttifaqı (Aİ) Ankaraya qarşı ikili standartlardan imtina etməlidir.

Adalet.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasının yekunları üzrə telemüraciətində deyib.

Onun sözlərinə görə, Ankara "Aİ-nin bloka qəbul edilmiş digər ölkələrə olduğu kimi Türkiyəyə də eyni proseslər və praktikanı tətbiq edəcəyini" gözləyir.

T.Ərdoğan qeyd edib ki, pandemiya fonunda Avropa ölkələrində başlayan etirazlara hakimiyyətin reaksiyası, onların Türkiyə ilə əlaqəli ikili standartlarını ortaya çıxarıdı.